Çempionlar Liqasında ən çox top buraxan komanda BİZİMKİDİR

26 Fevral 11:20 Qarabağ 703
Çempionlar Liqasında ən çox top buraxan komanda BİZİMKİDİR

“Qarabağ” 2025/26 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl Yunayted”ə ümumi hesabla 3:9 (1:6, 2:3) hesabı ilə məğlub olaraq, Avropanın aparıcı turnirində bir mövsümdə buraxılan qollar üzrə bütün zamanların rekordunu yeniləyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Opta Sport” statistika portalı məlumat verib.

Mənbənin məlumatına görə, Ağdam komandası Liqa mərhələsinin səkkiz və pley-off mərhələsinin iki oyununda ümumilikdə 30 qol buraxıb.

Bu, yarışda bütün mövsüm ərzində buraxılan digər komandalardan daha çoxdur.

Əvvəllər heç vaxt bir komanda Çempionlar Liqası mövsümündə bu qədər qol buraxmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA