“Qarabağ”ın kapitanı UEFA-nın diqqətinə çatdırdı: “Bacardıq”

08:20 Qarabağ 80
“Qarabağ”ın kapitanı UEFA-nın diqqətinə çatdırdı: “Bacardıq”

“Qarabağ”ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda (ilk oyun 1-6) “Nyukasl”a 2:3 hesablı məğlubiyyəti şərh edib.

Sportinfo.az xəbər verir ki, UEFA-nın saytına danışan fransalı yarımmüdafiəçi komandasının ilk matçdakı uğursuzluğuna daha çox diqqət çəkib:

“İkinci hissədə parlaq çıxış etdik. Yaxşı oynadıq və iki qol vurduq.

Bu, ilk oyunumuzdan sonra vacib idi. Belə başlanğıcdan sonra çətin oldu, amma sonra özümüzü toparladıq və yaxşı oynadıq.

Düşünürəm ki, birinci və ikinci oyun tamamilə fərqli idi. Birinci oyun uğurlu alınmadı.

Amma ikinci oyunda yaxşı oynamaq və əsl “Qarabağ”ı nümayiş etdirmək istədik. Düşünürəm ki, bacardıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!