14 ilini "Qarabağ" həsr edən ƏSL PEŞƏKAR!

16:00 Qarabağ 195
14 ilini "Qarabağ" həsr edən ƏSL PEŞƏKAR!

Bədavi Hüseynov - Karyerasının 14 ilini "Qarabağ"a verən müdafiəçi.

"Qarabağ"la iki dəfə Çempionlar Liqasının əsas mərhələsinin xoşbəxtliyini yaşayan yeganə oyunçu.

34 yaşlı stoper 2012-ci ilin yayından Qurban Qurbanovun sərəncamındadır.

Ən yadda qalan tandemi Rəşad Sadıqov olub.

Elə futbolçu kimi də çox şeyi ondan öyrənib.

Sadıqovdan gedişindən sonra da Ağdam klubunun uzun müddət əsas fiqurlarından biri olub.

Futbolunun yazılmamış qanunu var - Nə qədər güclü, önəmli ad olsan da, yaş artıqca ehtiyat skamiyanın daimi sakininə çevrilmək səni də gözləyir.

Hüseynov bu mövsüm avrokuboklarda 1 oyun belə keçirməmişdi.

Ta ki "Nyukasl"a görüşdə Bəhlul Mustafazadə sıradan çıxana, Sami Mmae meydana çıxmaqdan imtina edənə kimi.

Çarəsiz qalan Qurbanov komandanın ağsaqqalını döyüşdə atdı.

Bakıda ikinci hissə, Nyukasl"da 90 dəqiqə meydanda olan kapitan oyunu ilə ən xoş sözləri ünvanına qazandı.

Təkcə müdafiədə etibarlı olması ilə seçilmədi, bu yaşında özündə güc tapıb hücumlara qoşulmaqla kollektivə özgüvən verdi.

"Nyukasl"la görüşə qədər "Qarabağ" avrokuboklarda 14 oyun keçirib.

14 matçda 1 dəqiqə meydanda olmayan əksər vetərən futbolçu meydana çıxmağa hazır ola bilməzdi.

Bir çoxu bəlkə də gününü yola verər, yaxşı maaşını almağı daha çox düşünərdi.

Görünən odur ki, Bədavi planlara daxil olmadığını bilə-bilə tam məsuliyyəti ilə məşqlərədə çalışıb.

Bunun adı peşəkarlıqdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!