Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la cavab görüşü "Qarabağ"ın hücumçusu Kamilo Duran üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki, bu haqda Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı məlumat yayıb.
24 yaşlı forvard matçda 1 qol vurub. O, cari mövsüm turnirdəki qollarının sayını 5-ə çatdırıb. Bununla da Duran Çempionlar Liqasında 1 mövsümə 5 qol vurmağı bacaran 2-ci kolumbiyalı olub.
Daha əvvəl bu nəticəni "Monako"nun sabiq ulduzu Radamel Falkao 2016/2017-ci illər mövsümündə göstərib.
Duran ötən ilin yayından "Qarabağ"ın formasını geyinir.

