“Qarabağ”la 7 ay – Bunlardan xəbəriniz var?

19:40 Qarabağ 190
“Qarabağ”la 7 ay – Bunlardan xəbəriniz var?

“Qarabağ” üçün ötən ilin iyulun 23-də İrlandiyada “Şelburn”la oyunda başlayan Çempionlar Liqası yolu fevralın 25-də “Nyukasl”la İngiltərədəki qarşılaşmada başa çatdı.

7 ayı əhatə edən müddətdə “köhlən atlar” Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaqla futbol ictimaiyyətini sevindirməyi bacardısa, adını ən yaxşı 24 komanda arasında yazdırıb ölkə futbolu tarixində ilk dəfə pley-offa yüksəlməklə insanları yaxşı mənada şoka saldı.

Təbii ki, istər xoş, istərsə də üzüntülü saniyələrə, dəqiqələrə və saatlara görə “Qarabağ” alqışları haqq edir. Bu hisləri bir də yaşayıb-yaşamayacağımızı zaman göstərəcək.

Azərbaycan çempionu cari ÇL mövsümündə ümumilikdə 16 oyun keçirdi ki, bunların 6-sı təsnifat, 8-i liqa, 2-si pley-off mərhələsinə aiddir.

“Qarabağ”ın Liqa mərhələsində və pley-offda meydana çıxdığı 10 oyundakı statistik göstəricilərinə nəzər salaq.

Vurulan qolların sayı – 16 (təsnifat mərhələsi ilk birlikdə 31)

Cərimə meydançası daxilindən - 15

Cərimə meydançası xaricindən – 1

Sağ ayaqla – 8

Sol ayaqla - 8

Buraxılan qolların sayı – 30

Qurtarışların sayı – 45

Qayıdan toplarln sayı – 402

Sarı vərəqələrin sayı – 11

Mübarizələrdən qalib ayrılma sayı – 59

Mübarizələrdən məğlub ayrılma sayı - 71

Ümumi zərbə sayı – 102

Qapıya zərbə sayı - 40

Qapının yanından zərbə sayı - 30

Bloklanan zərbə sayı – 32

Vurulan penalti qolu sayı – 1

Qaçırılan penalti sayı – 1

Buraxılan penalti qolu sayı – 4

Ötürmələrdə dəqiqlik (faizlə) – 82.9 %

Topa sahibolma (faizlə) – 46.7 %

Qət edilən ümumi məsafə - 226.27 km

Hər matç üçün – 22.5 km

Ötürmələrdə dəqiqlik – 3270/3919

Qısa ötürmələrdə dəqiqlik – 867/1026

Uzun ötürmələrdə dəqiqlik – 282/536

Orta ötürmələrdə dəqiqlik – 2121/2357

Geriyə ötürmələrdə dəqiqlik – 764/797

Cinah ötürmələrində dəqiqlik – 24/112

Qayda pozuntusuna yol vermə sayı – 64

Qayda pozuntusuna məruz qalma sayı - 138

Futbolçularla bağlı göstəricilər isə təkcə son 10 oyunu yox, ilk matçdan sonra qədər olan dönəmi əhatə edir. Yəni 16 oyunu.

Ən çox oyun keçirlənlər – Abdullah Zubir, Mateus Silva, Elvin Cəfərquliyev, Kamilo Duran – 16 matç

Ən az oyun keçirənlər – Fabyan Buntiç, Hikmət Cəbrayılzadə - 1

Vurulan qolların futbolçular üzrə bölgüsü – Leandro Andrade (6), Kamilo Duran (5), Marko Yankoviç (3), Abdullah Zubir, Elvin Cəfərquliyev, Aleksey Kaşuk, Nəriman Axundzadə (hamısı 2), Musa Qurbanlı, Emanuel Addai, Toral Bayramov, Kadi Borges, Kevin Medina, Bəhlul Mustafazadə, Mateus Silva (hamısı 1).

Liqa mərhələsində ilk qolun müəllifi – Leandro Andrade

Liqa mərhələsində qol vuran ilk azərbaycanlı – Bəhlul Mustafazadə

Pley-off mərhələsində qol vuran ilk azərbaycanlı – Elvin Cəfərquliyev

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti