“Əsl "Qarabağ"ı göstərmək istədik və bunu bacardıq"

11:00 Qarabağ 170
“Əsl "Qarabağ"ı göstərmək istədik və bunu bacardıq"

"Qarabağ"ın kapitanı Abdullah Zubir Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la cavab oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, sözügedən matçda Ağdam təmsilçisi 2:3 hesabı ilə uduzub.

Bu komandalar arasında ilk oyunda da "Nyukasl" qələbə qazanmışdı (6:1). Beləliklə, İngiltərə təmsilçisi 1/8 finala adlayıb, ÇL-də uğurlu mövsüm keçirən "Qarabağ" isə turnirlə vidalaşıb.

34 yaşlı hücumameyilli yarımmüdafiəçi komandasının bu qarşılaşmada yaxşı çıxış etdiyini deyib:

"Düşünürəm ki, ilk oyunla cavab matçı fərqli idi. İlk oyunda yaxşı deyildik.

Amma bu gecə yaxşı futbol sərgiləmək və əsl "Qarabağ"ı göstərmək istədik. Düşünürəm ki, bunu bacardıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti