“Qarabağ”da daha bir problem -  Bəhluldan sonra o da... VİDEO

03:00 Qarabağ 147
“Qarabağ”da daha bir problem -  Bəhluldan sonra o da... VİDEO

“Qarabağ” İngiltərədə “Nyukasl”a qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə (3:2) ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisinin hücumçusu Kamilo Duran 68-ci dəqiqədə topla irəlilədiyi vaxt heç bir müdaxilə olmadan ayağını tutaraq, yerə yıxılıb.

Təmsilçimizin bu oyunda ilk qolunun müəllifi olan kolumbiyalının zədəsi ilə bağlı hələlik dəqiq məlumat verilməyib.

“Qarabağ” “Nyukasl”a qarşı Bakıda keçirdiyi matçda (1:6) isə müdafiəçi Bəhlul Mustafazadə zədələnmişdi.

Onun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilmişdi. Onun reavilitasiya müddətinin 10-12 həftə çəkəcəyi bildirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 18:50 Çək və bizə göndər!
24 Fevral 03:20 Tacikistana da uduzduq