“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”a məğlub olduğu oyundan (1:6) sonra Qurban Qurbanovun səbr kasası daşıb.
Ölkənin ən nüfuzlu futbol məşqçisi Sami Mmaeeni əsas komandadan uzaqlaşdırıb.
Belçika vətəndaşlığı daşıyan müdafiəçi artıq əvəzedici heyətin düşərgəsindədir. O, dünən Əvəzedicilər Liqasının 17-ci turu çərçivəsində keçirilən “Qarabağ-2” - “Zirə-2” matçında (1:1) 90 dəqiqə forma geyinib.
Qurban Qurbanov verdiyi qərarla əlaqəli suala cavabında mərakeşli müdafiəçinin hazır olmadığını söyləyib:
"Hazır olanları heyətə salacağıq. Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib.
Bəzən bu addımları atmaq lazımdır. Amma qaydalar çərçivəsində bunu həyata keçirmək lazımdır".
Göründüyü kimi, təcrübəli çalışdırıcı atdığın addımın konkret nəylə bağlı olduğunu yenə deməyib. Amma biz artıq o səbəbi bilirik.
Deməli, Mmaee «Nyukasl»la matçın fasiləsində paltardəyişmə otağında heç nədən gərginlik yaradıb.
Ötən ilin yayında Zaqreb «Dinamo»sundan 1 illik icarəyə götürülmüş mərkəz müdafiəçisi ikinci hissədə meydana çıxmaqdan imtina edib.
O, müxtəlif bəhanələr gətirərək, forma geyinməkdən boyun qaçırıb. Belədə Qurban Qurbanov Bədavi Hüseynovun xidmətindən yararlanıb.
SPORTİNFO.AZ

