"Qarabağ"ın yarımmüdafiəçisi Joni Montiel yeni mövsümə də Azərbaycan Premyer Liqasında oynayacaq.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ispaniyalı legionerə "Lex", "Ludoqorets" başda olmaqla, Çin və BƏƏ klublarından təklif gəlsə də, getməyib
Montiel yeni mövsümə də "Qarabağ"da başlamaq qərarına gəlib. O, Azərbaycan çempionunun heyətində qalmaq istəyir.
Təbii ki, son anda hansısa dəyişiklik baş verməsə, ispan 2026/2027 mövsümünü də "Qarabağ"da keçirəcək. Onu istəyən klublar lazım olan təzminatı ödəməyə hazırdır.
Montiel “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. O, Azərbaycana gələnə qədər “Rayo Valyekano”, “Toledo”, “Oviedo”, “Levante”, “Valyadolid”, “Burqos” klublarının formasını geyinib.
Onun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

