“Bu səviyyəli komandalara fürsət versən, səni cəzalandırırlar”

01:20 Qarabağ 90
“Bu səviyyəli komandalara fürsət versən, səni cəzalandırırlar”

“Səfər oyununda ən azından özümüz haqqında yaxşı təsəvvür formalaşdırmağa çalışacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarlmmüdafiəçisi Joni Montiel deyib.

O, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini belə ifadə edib:

“Bəzi anlarda komandamız pis təsir bağışlamadı. Ümumilikdə isə rəqibə çoxlu qol imkanları yaratdıq. Halbuki bu cür fürsətləri verməməli idik.

Çünki bu səviyyəli komandalar verilən imkanlardan maksimum istifadə edir və səni cəzalandırırlar”.

Montiel cavab oyununa ciddi hazırlaşacaqlarını bildirib:

“Artıq səfər matçı barədə düşünməliyik. Bizi çox çətin oyun gözləyir. Çalışacağıq ki, əlimizdən gələni edək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 20:00 Çək və bizə göndər!
22 Fevral 02:00 “Onu kim tanımır ki?"