O, “Qarabağ”ı çox xilas etsə də... Görün, adı harada çəkildi!

16:30 Qarabağ 204
O, “Qarabağ”ı çox xilas etsə də... Görün, adı harada çəkildi!

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski antirekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, polşalı qolkiper Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunda uğursuz göstərici ilə yadda qalıb.

Koxalski bir neçə dəfə Ağdam klubunu qoldan xilas etsə də, 1:6 hesablı məğlubiyyətə mane ola bilməyib. Bununla qapıçının cari mövsüm qitənin ən nüfuzlu klub turnirində buraxdığı ümumi qol sayı 27-yə çatıb.

Koxalski bu göstərici ilə “Slovan”dakı həmkarı Dominik Takaça məxsus ötən mövsümdəki antirekordu təkrarlayıb.

Təmsilçimizin “Nyukasl”la səfərdə cavab matçı olacağını nəzərə alsaq, Koxalskinin antirekordu yeniləmək ehtimalı kifayət qədər yüksəkdir.

“Nyukasl”la “Qarabağ” arasında cavab oyunu fevralın 24-də “Cent Ceyms Park”da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti