“Əfsuslar olsun bu cür məğlubiyyyət oldu.
Əlbəttə, belə hesabla uduzmaq istəməzdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Nyukasl”a qarşı keçirdikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqda deyib.
O bildirib ki, istənilən oyunda belə nəticələr ola bilər.
“Bu, tam başqa bir səviyyədir. Futbolçularım ilk dəqiqələrdən çox böyük zərbə aldılar.
Onlar buraxılan qollardan sonra özlərini ələ ala bilmədilər. Bu qarşıdakı rəqibin də gücünü göstərirdi.
Rəqib çox sürətli oynayan bir komandadır və hazırlıqları da yüksək səviyyədə idi.
Azarkeşlərimizə təşəkkür etmək istərdim, baxmayaraq ki, böyükhesablı məğlubiyyət oldu, sona qədər komandamızın yanında oldular”, - deyə o əlavə edib.

