“Qarabağ” turnir cədvəlində “Sabah”ı qabaqlaya biləcəkmi? Mən bunu deyə bilmərəm”.
Xalq artisti İlham Namiq Kamal Sportinfo.az-a açıqlamasında belə deyib.
Premyer Liqanı yaxından izləyən “Şöhrət” ordenli aktyorun fikrincə, 4 xal böyük fərq deyil:
”Əsl mübarizə irəlidədir. Əsas odur ki, “Qarabağ” kiçik büdcə ilə Azərbaycanı dünyada layiqincə təmsil edir, ölkəmizin adını yüksəklərə qaldırır.
Komandamız milyardlıq büdcəyə sahib klubların arasında özünə yer etməyi bacarıbsa, bundan gözəl xoşbəxtlik ola bilməz.
Kasıb klubu Qurban Qurbanov bu yerlərə gətiribsə, Allah ona cansağlığı versin!”.

