UEFA “Qarabağ”a “qənim kəsildi”, səbəbini gizlətdi

21 Fevral 23:20 Qarabağ 198
UEFA “Qarabağ”a “qənim kəsildi”, səbəbini gizlətdi

UEFA “Qarabağ”ı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyadan “Ayntraxt”a qarşı keçirilən (3:2) oyunda şüarlara UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17500 avro məbləğində cərimə olunub.

Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 17:30 Çək və bizə göndər!