Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti, bəlkə də cari mövsümdə sözügedən turnirdə sonuncu oyun ərəfəsindədir.
Ötən həftə Bakıda “Nyukasl”a böyük hesabla məğlub olan (1:6) təmsilçimiz bu dəfə Nyukaslda cavab matçına çıxacaq.
Tofiq Bəhramov adına Respubliks stadionunda ingilis azarkeşlərin hansı sayda olduğunu və necə atmosfer yaratdığını xatırlayırıq.
Təəssüf ki, “Qarabağ” fanatları “St Ceyms Park”da eyni ab-havanı formalaşdıra bilməyəcək.
Buna səbəb azarkeşlərin oyuna az maraq göstərməsidir.
Meydan sahibləri qonaqlar tərəfdarlar üçün 2000 civarında bilet ayırsa da, “köhlən atlar”ı dəstəkləmək üçün 200, ən yaxşı halda 300 azarkeşin stadiona təşrif buyuracağı gözlənilir.
Bunun başlıca səbəbi ilk matçdakı ağır yenilgidirsə, digər səbəb qarşılaşmanın həmyerlilərimizin çoxluq təşkil etdiyi Londonda yox, Nyukaslda keçirilməsidir.
Fevralın 24-dən 25-nə keçən gecə keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

