Qvardiola “Qarabağ”ın oyununu izlədi, onlara heyran qaldı, təsəlli verdi

19:20 Qarabağ 247
Qvardiola “Qarabağ”ın oyununu izlədi, onlara heyran qaldı, təsəlli verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Nyukasl”ın UEFA Çempionlar Liqasında “Qarabağ”la son oyunundan (6:1) danışıb.

Sportinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu gün Premyer Liqada “Nyukasl”a qarşı keçiriləcək matçla bağlı təşkil edilən mətbuat konfransında rəqiblərinin “Qarabağ”a qarşı matçını izlədiyini deyib:

“Mən onların Çempionlar Liqasında “Qarabağ”a qarşı son oyununu izlədim və bu, möhtəşəm idi. Fasiləyə qədər hesab 5:0 idi.

Amma 9:0 da ola bilərdi. Qapıçı (Mateuş Koxalski - QOL.az) 3 ya 4 inanılmaz seyv etdi.

Onların oynadığı ritm, intensivlik və sürət - bax, Eddi Haunun dövründə mənim xatırladığım “Nyukasl” budur.

Bu komanda ilə oyunda hər kəs xal itirə bilər. Bu, bütün komandaların başına gəlib”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti