Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirilən oyun “Nyukasl” üçün əlamətdar olub.
Sportinfo.az xəbər verir ki İngiltərə təmsilçisi turnirin pley-off mərhələsi tarixində fasiləyə beş və ya daha çox top fərqi ilə üstün yollanan ikinci komanda olub.
Daha əvvəl buna yalnız “Bayern” nail olmuşdu. 2015-ci ilin aprelində “Portu” ilə keçirilən 1/4 final oyununda ilk hissə 5:0 hesabı ilə başa çatmışdı.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın da fasiləsinə qonaqlar 5 cavabsız qolla yollanıblar.
Bundan başqa, “Nyukasl” daha bir rekorda imza atıb. Komanda ilk hissədə 4,5 gözlənilən qol göstəricisi yaradaraq, Çempionlar Liqası tarixində bu baxımdan ən yüksək nəticəni göstərib.
“Qarabağ” – “Nyukasl” oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı fevralın 24-də Nyukaslda keçiriləcək.

