“Transfer məsələsi ilə bağlı danışmaq istəmirəm.
Hazırda “Qarabağ”dayam və burada xoşbəxtəm.
Mənim üçün hər şey yaxşıdır. Yenilik olarsa, hamı biləcək”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev deyib.
Müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib:
“Bu məğlubiyyət barədə çox danışmağa ehtiyac yoxdur. Hər şey göz qabağındadır.
Rəqibin ustalığı və futbolçuların keyfiyyəti bir daha göstərdi ki, Çempionlar Liqası necə yüksək səviyyəli turnirdir.
Birinci hissədə həddindən artıq səhvlər etdik. Müdafiədə daha yaxşı, kompakt və sadə oynaya bilərdik ki, qapımızda bu qədər qol görməyək.
Amma ikinci hissədə toparlanmağa çalışdıq. Komanda psixoloji baxımdan çətin vəziyyətdə idi, səhvlər ard-arda gəldi.
Bu futboldur, belə hallar olur. İkinci hissədə komanda yoldaşlarımızla danışdıq ki, özümüzə gəlməliyik.
Bu cür davam etmək olmazdı. Həmin hissədə fərqlənmək və irəli atılmaq istəyirdik. Stadiona gələn azarkeşlərimizə dəstəyə görə minnətdaram”.

