Almaniya millisinin sabiq futbolçusu Tomas Hitslşperger Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununu dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, “Match of the Day” proqramının eksperti Azərbaycan klubunun oyun üslubuna təəccübləndiyini etiraf edib.
43 yaşlı mütəxəssisin fikrincə, ağdamlıların bu cür çıxışı qarşılaşmada 4 qol vuran Entoni Qordonun işinə yarayıb:
“Açığı, “Qarabağ”ın birinci hissədə bu qədər irəlidə müdafiə olunmasına və “Nyukasl”ın qollar vurduğu zaman xətti müdafiə sistemini qorumasına təəccübləndim.
Düşünürəm ki, onlar “Nyukasl”ın son oyunlarına baxmayıblar. Çünki niyə bütün oyunboyu möhtəşəm çıxış edən Entoni Qordona bu qədər boşluq verdilər?”
Görüş “Nyukasl”ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında cavab matçı fevralın 24-də keçiriləcək.

