İlkin Fikrətoğlu: "Qarabağ" - filmin sonunda ölən qəhrəman - VİDEO

19 Fevral 20:00 Qarabağ 572
İlkin Fikrətoğlu: "Qarabağ" - filmin sonunda ölən qəhrəman - VİDEO

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının 1/16 finalında oynayan Qarabağ"ın burada "siftəsi" olduqca uğursuz oldu.

Azərbaycan çempionu Bakıda İngiltərə təmsilçisi "Nyukasl"dan ağır məğlubiyyət aldı - 1:6.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda qonaq komandanın qollarını Entoni Qordon (3, 32-p., 34, 45+1-p.), Malik Tşau (9) və Ceykob Merfi (72) vurublar.

Ağdam təmsilçisinin yeganə qolu isə 55-ci dəqiqədə Elvin Cəfərquliyevin aktivinə yazılıb.

Hər kəs bu məğlubiyyəti müxtəlif cür yozdu, şərh verdi və verməkdədir.

"Sportinfo.TV"nin redaktoru İlkin Fikrətoğlu da növbəti süjetində bu qarşılaşma haqqında danışıb.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA