ACI HƏQİQƏT! Azarkeşlər "Qarabağ"ın məğlubiyyətini kölgədə qoydu

19 Fevral 23:00 Qarabağ 235
ACI HƏQİQƏT! Azarkeşlər "Qarabağ"ın məğlubiyyətini kölgədə qoydu

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə "Nyukasl"a məğlub oldu - 1:6.

Bakıda, doğma divarlar arasında qeydə alınan nəticə hamımızı üzdü.

Amma meydandakı nəticədən çox, tribunalardakı atmosfer adamı üzdü.

Qonaq azarkeşlərin sayı 2000, yerli publikanın sayı isə 28000 nəfər idi.

Lakin aradakı kəmiyyət fərqini keyfiyyət fərqinə çevirmək mümkün olmadı.

90 dəqiqə yalnız ingilislərin səsini eşitdik.

Hətta Elvin Cəfərquliyevin qolunda belə...

Üzülməmək əldə deyil.

"İmarət" və "Ordu" azarkeşlərinin fəallığı da aradakı uçurumu gizlətmədi.

4 topluq məğlubiyyəti biabırçılıq adlandıranlar var.

Məncə, meydanda fərq 4 top oldusa, tribunada ən azı 0:20 geridə idik.

İndi siz deyin, hansı biabırçılıqdır?

Gəlin reallıq hissini itirməyək.

Ölkə futbolu yalnız "Qarabağ"dan, Qurban Qurbanovdan ibarət deyil.

Ağdam klubunu tənqid edəndə unutmayın ki, təmsil olunduğu ölkənin millisi D liqasında Litvaya, Lixtenşteynlə bir sıradadır.

Təmsil olunduğu ölkənin digər klubları - "Zirə"si, "Sabah"ı, "Araz-Naxçıvan"ı ötən ilin avqust ayından avrokuboklarda mübarizəni dayandırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Fevral 18:10 Çək və bizə göndər!
19 Fevral 05:20 Çıxışını başa vurdu