"Qarabağ"da Nəriman Axundzadəni o əvəzləyəcək?

21:00 Qarabağ 317
"Qarabağ"da Nəriman Axundzadəni o əvəzləyəcək?

Nəriman Axundzadə kütlənin əlindən canını götürüb ölkədən getdi.

Deyəsən, üzərindən 40 gün keçməmiş yeni qurban tapılıb.

Bu, Toral Bayramovdur.

"Nyukasl"la görüşdən sonra müdafiəçi əsas tənqid hədəfinə çevrilib.

24 yaşlı oyunçu görüşü sona qədər ehtiyatda keçirib.

Elə tənqid hədəfinə çevrilən hərəkəti də ehtiyat skamiyada edib.

Belə ki, Ağdam klubunun qapısına təyin olunan penalti zamanı Bayramov yanında olan şəxslə güldüyü halda kadrlara düşüb.

"Qarabağ"da Nəriman Axundzadəni o əvəzləyəcək?

Bəli, yaxşı görüntü deyil.

Baş məşqçi Qurban Qurbanovun əsəbi, gərgin baxışları fonunda yetirmələrinin bu cür davranışı olmasa yaxşı olardı.

Yəqin ki, təcrübəli mütəxəssis də bu barədə oyunçularla danışacaq.

Bəlkə də hər hansı cəza tədbiri görəcək.

Amma hər şeyi də əldə bayraq tutub, sosial şəbəkələrdə linc etmək həddinə gətirmək doğru deyil.

Onlar da bir insandır.

O anda istəmədən dodaqları qaça, nəyəsə gülə bilərlər.

Məgər bu o anlama gəlir ki, məğlubiyyət onların ürəyincədir?

Təbii ki, yox. Sadəcə bir qədər diqqətli olsalar yaxşı olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti