Qurban Qurbanovun Nəriman Axundzadənin karyerasında önəmli rolu var.
Əksəriyyət bunu daha çox əsas komandada gənc futbolçuya güvənməsi, inanması kimi başa düşə bilər.
Bəli, ən çətin günündə forvardın yanında Qurbanovu görmüşük.
Amma təcrübəli mütəxəssisin hücumçuya dəstəyi bununla bitmir...
13 yaşında "Qarabağ"ın futbol akademiyasını qəbul edilən Nəriman 16 yaşında ağır zədə alıb.
Əvəzedici komandada meydana çıxdığı ilk görüşdə onun ayağı sınıb.
Gənc oyunçu çətin günlər keçirib.
Ağdam klubundan ayrılmaq, hətta futbolu atmaq barədə düşünüb.
Amma Qurban Qurbanovun qərarı hər şeyi 180 dərəcə dəyişib.
İstedadından məlumatlı olan çalışdırıcı şəxsən tapşırıq verib ki, Axundzadəyə xüsusi qayğı göstərilsin.
16 yaşlı oyunçu özəl klinikada əməliyyat olunub.
Həkimlər tərəfindən bərpa prosesinə xüsusi nəzarət edilib.
Və bu hadisədən qısa müddət sonra əsas komandaya cəlb olunub.
XANOĞLAN / SPORTİNFO.AZ

