Peşəkar Futbol Liqasının təşəbbüsü və “Qarabağ”ın dəstəyi ilə Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri komandanın bazasında qonaq olublar.
Sportinfo.az xəbər verir ki, tədbirdə klubun baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, baş məşqçi Qurban Qurbanov, komandanın üzvləri və məktəbin müəllim heyəti iştirak edib.
Səmimi mühitdə keçirilən görüşdə şagirdlərə xüsusi diqqət göstərilib. Şagirdlər “Qarabağ”ın üzvləri ilə yaxından tanış olub və onlarla ünsiyyət qurublar. Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.

