“İnter”in “Qarabağ”ın yeni ulduzunda gözü varmı? - Meneceri AÇIQLADI

11:20 Qarabağ 371
“İnter”in “Qarabağ”ın yeni ulduzunda gözü varmı? - Meneceri AÇIQLADI

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Bikalyonun Braziliyadan “İnternasional” ilə danışıqlar apardığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb.

Sportinfo.az xəbər verir ki, onun agenti beynəlxalq mətbuatda yer alan xəbərlərə münasibət bildirərək bu iddiaları təkzib edib.

Daha əvvəl türkiyəli jurnalist Ekrem Konur “İnter”in 24 yaşlı yarımmüdafiəçini izlədiyini iddia etmişdi. Lakin oyunçunun agenti Brenu Şartye bu məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.

O, “br.bolavip” portalına verdiyi müsahibədə, “bu, reallığa uyğun deyil. Tamamilə əsassızdır”, - deyə bildirib və Braziliya klubu ilə heç bir əlaqənin olmadığını vurğulayıb.

Pedro Bikalyo cari mövsümü “Qarabağ”ın heyətində uğurla keçirir. O, bütün turnirlərdə 25 matçda iştirak edib.

Yarımmüdafiəçi Çempionlar Liqasında “Ayaks” və “Napoli” kimi rəqiblərə qarşı oyunlarda forma geyinərək Avropa bazarında diqqət mərkəzinə düşüb.

“Botafogo” futbolçu üçün satınalma şərti ilə icarə təklifi göndərsə də, bu təklif qəbul olunmayıb.

“Qarabağ” rəhbərliyi Pedro Bikalyonu əsas oyunçulardan biri hesab edir və onun mümkün gedişini yalnız tam transfer şərtləri ilə müzakirə etməyə hazırdır.

Məlumata görə, yarımmüdafiəçiyə Portuqaliyanın “Braqa” və Türkiyənin “Sivasspor” klubları da maraq göstərir, lakin futbolçunun yüksək qiyməti mümkün razılaşmaları çətinləşdirir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!