Abdullah Zubir: “Qarabağ”a gələndə anladım ki…“

21 Dekabr 23:20 Qarabağ 181
Abdullah Zubir: “Qarabağ”a gələndə anladım ki…“

“Çempionlar Liqası futbolun zirvəsidir“.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın kapitanı Abdullah Zubir deyib.

UEFA-nın rəsmi saytına danışan franslı vinger Çempionlar Liqasında çıxış etmək arzusunun həyata keçdiyini bildirib.

O, uşaqlıqdan bəri bu məqsədə necə çatdığını izah edib:

“Mən çox oyunçunun peşəkarlaşmadığı işçi sinfi məhəlləsindən gəlirəm. Futbolçu olmaq şansları çox az idi.

Məhəlləmdə oynayanda həmişə öz-özümə deyirdim: "Bir gün Çempionlar Liqasında oynayacam”.

“Qarabağ”a gələndə isə şansımın olduğunu anladım. “Qarabağ”ın kapitanı olduğum üçün çox qürur duyuram.

Bu, unudulmaz təcrübədir. Bunu heç vaxt unutmayacam.

Bir dəfə atamla birlikdə “Lill” və “Mançester Yunayted” arasında Çempionlar Liqası matçını izləməyə getmişdim.

İndi isə şəxsən bu turnirdə oynamaq imkanım olduğuna görə atam böyük qürur hissi keçirir və mənə onun arzusunu gerçəkləşdirdiyimi deyir”.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 20:00 Çək və bizə göndər!