O, yalnız pulu fikirləşir, yoxsa "Qarabağ"ı milliyə qurban verməlidir? - VİDEO

11:05 Qarabağ 207
O, yalnız pulu fikirləşir, yoxsa "Qarabağ"ı milliyə qurban verməlidir? - VİDEO

“Biz onun seçiminə qarışa bilmərik”.

“Asadov Pro Bridge"in rəhbəri Emil Asadov “Sportinfo TV“yə açıqlamasında belə deyib.

Saytımızın “yutub“ kanalına qonaq olan FIFA lisenziyalı futbol agenti Abbas Hüseynovun “Qarabağ“da şans qazanmadığı halda, milliyə çağırılmasına münasibət bildirib.

Deyib ki, müdafiəçi klubunu dəyişmək qərarında sərbəstdir və bunu eləmirsə, onu qınamağa dəyməz. Çünki burada bir çox amilləri gözdən keçirmək lazımdır.

Hüseynovun hazırkı komandasında kifayət qədər yüksək əməkhaqqı almasına diqqət çəkən menecerin fikrincə, o, gedə biləcəyi yerin şəraitini və hədəflərini də ölçüb-biçir.

Məsələn, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan, büdcəsi kiçik “Karvan“a yollanmaqdansa, “Qarabağ“ın ehtiyat skamyasında daha çlx vaxt keçirməyi üstün tutur.

Odur ki, "Abbas "Qarabağ"ı milliyə qurban verməlidirmi" sualına bir qədər fərqli prizmadan baxmaq lazımdır.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi