Andrade "Qarabağ"ı hansısa kluba dəyişmək istəyirmi? - AÇIQLAMA

11:55 Qarabağ 317
Andrade "Qarabağ"ı hansısa kluba dəyişmək istəyirmi? - AÇIQLAMA

“Hələ ki, hər hansı klubdan təklif almamışam”.

bu sözləri “Qarabağ”ın portuqaliyalı legioneri Leandro Andrade deyib.

26 yaşlı yarımmüdafiəçi Ağdam klubunda qarşıya qoyduğu hədəflərdən danışıb:

“Əvvəlcə performansımızı daha da yaxşılaşdırmalıyıq. Bunu bacarsaq, inanıram ki, həm çempion ola, həm də Azərbaycan Kubokunu qazana bilərik.

Eyni zamanda Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanacağımıza ümidliyəm. Bəzən məğlubiyyətlər də faydalı olur.

Çünki insanı oturub düşünməyə vadar edir. Həmin səhvlərdən nəticə çıxarıb, gələcəkdə onlara yol verməmək istəyirik.”

Leandro Andrade 2022-ci ildən “köhlən atlar”ın formasını geyinir. O, Çempionlar Liqasının əsas mərhələsində vurduğu 3 qolla bombardirlər siyahısında 25-ci pillədə qərarlaşıb.

Andradenin "Qarabağ"la müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi