Azərbaycanın ən güclü klubu dünya reytinqində üç pillə gerilədi

21 Dekabr 2025 02:50 Qarabağ 503
Azərbaycanın ən güclü klubu dünya reytinqində üç pillə gerilədi

"Qarabağ" dünya reytinqində üç pillə geriləyib.

Sportinfo.az xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.

187,5 xalı olan Azərbaycan çempionu 65-ci yerdən 68-ci sıraya düşüb.

"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.

"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.

502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA