“Qarabağ” artıq uzun illərdi ölkəmizi Avropa səhnəsində layiqincə təmsil edir.
Hazırda da Ağdam təsmilsiçisi Çempionlar Liqası kimi turnirdə çıxış edir.
Təkcə çıxış etmir, həm də parlaq qələbələri ilə hamımızı sevindirir. Bu gün “kəhər atlar”ın aktivində 7 xal var.
Doğma divarlar arasında “Kopenhagen” məğlub edildi, “Çelsi” kimi dünya nəhəngini büdrədtmək mümkün oldu.
Amma “Ayaks”dan alınan ilk məğlubiyyətdən sonra tənqid dalğası klubun ətrafını bürüdü.
Başverənlər gözlənilməz idi. Bəs görəsən futbolçular bunu necə qarşıladı?
Komandanın təcrübəli siması Bəhlul Mustafazadə Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları dedi:
Azarkeşlərə də bu inamı “Qarabağ” verib. Onlar hər matçda qalib gəlməyimizi gözləyirlər.
Əlbəttə, azarkeşlərimizin bunu bizdən gözləməyi yaxşı haldır. Bu, o deməkdir ki, nələrisə bacara bilirik.
Bununla yanaşı, azarkeşlər də bəzən daha anlayışlı olmalıdır. Çünki biz Çempionlar Liqasında top klublara qarşı oynayırıq.
Əmin olsunlar, komanda olaraq hər şeyi edirik ki, nəticə qazanaq”.
XANOĞLAN

