“Qarabağ”ın əcnəbi fiquru: “Bütün bunlar düzəldiləsi şeylərdir”

20 Dekabr 2025 11:20 Qarabağ 509
“Qarabağ”ın əcnəbi fiquru: “Bütün bunlar düzəldiləsi şeylərdir”

Sportinfo.az “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyonun müsahibəsini təqdim edir:

- Premyer Liqanın ilk turunda təxirə salınmış oyunda “Sabah”a 1:2 hesabı ilə uduzdunuz. Görüşü necə şərh edərdiniz?

- Kifayət qədər çətin oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi. Gərgin qarşılaşma alındı. Hesabda önə keçsək də, təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik.

- Qeyd etdiyiniz kimi, hesabda önə keçmişdiniz. Qələbə qazanmağınıza nə mane oldu?

- Bir az dözümlülük çatmadı. Bir qədər xətlərarası əlaqə də demək olar. Bir xətdən digərinə keçid istədiyimiz kimi alınmadı. Lakin bütün bunlar düzəldiləsi şeylərdir. Müəyyən qədər zaman lazımdır.

- Sıx qrafiki nəzərə alsaq, fiziki yorğunluq məğlubiyyətdə nə dərəcədə rol oynadı?

- Təbii ki, fasilə ərəfəsində istər-istəməz yorğunluq olur. Lakin məğlubiyyəti təkcə bununla əlaqələndirmək olmaz. İnanıram ki, növbəti matçlarda daha yaxşı çıxış edəcəyik

- Rəqibin çıxışını necə dəyərləndirirsiniz?

- Rəqib yaxşı komandadır. Lakin biz yenə də bu oyundan qələbə ilə ayrıla bilərdik.

- “Sabah” çempionluq yarışında “Qarabağ”a başağrısı ola bilər?

- Təbii ki, məğlubiyyət məğlubiyyətdir. Ancaq çempionat hələ bitməyib. Qarşıda kifayət qədər oyunlar var.

- İlin son oyununda səfərdə “Qəbələ” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Təbii ki, çətin keçəcək. Çempionatda demək olar ki, heç bir qarşılaşma asan olmur. Bununla belə, meydana yalnız qələbə üçün çıxacağıq. İnanıram ki, istəyimizə çatacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA