"Qarabağ"dan 3 XƏBƏR

20 Dekabr 2025 00:30 Qarabağ 723
"Qarabağ"dan 3 XƏBƏR

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti 4–6 ay təşkil edəcək.

Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı 7–10 gün ərzində gözlənilir.

Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.

Hər üç futbolçunun müalicə prosesi klubun tibbi heyətinin nəzarəti altında davam edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA