Tanınmış xanım iş adamı "Qarabağ" və Nəriman haqda görün nələr söylədi! - VİDEO

19 Dekabr 2025 16:20 Qarabağ 3 712
Tanınmış xanım iş adamı "Qarabağ" və Nəriman haqda görün nələr söylədi! - VİDEO

“Mən futbol analitiki olmasam da, indi vəziyyətdə “Qarabağ”ın və Nəriman Axundzadənin üstünə getməyi düzgün hesab etmdiyimi demək istəyirəm”.

Bu sözləri “Sportinfo TV“yə açıqlamasında “YaaRa tekstil“in təsisçisi və direktoru Yaqut Bayram deyib.

Son vaxtlar idman sektoruna maddi-texniki dəstək verən və futbol komandası yaradan xanım iş adamı Ağdam klubu ətrafında cərəyan edən söz-söhbətlərin onu qayğılandırdığını söyləyib.

Müxtəlif sosial layihələrdə fəal iştirak eləyən Y.Bayram bildirib ki, “Qarabağ“ın baş məşqçisi Qurban Qurbanovun uzun illərdir Azərbaycan futbolunun inkişafı naminə çəkdiyi əziyyətləri bir-iki oyuna görə itirmək olmaz.

O, Nəriman Axundzadənin sosial şəbəkələrdə linc edilməsini də haqsızlıq saydığını vurğulayıb.

Xatırladıb ki, bu hücumçunun cəmi 21 yaşı var və indidən onu təzyiqə məruz qoymaqla gələcək karyerasını sual altına almış oluruq.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA