İlkin Fikrətoğlu - Qurban Qurbanovun düz 40 gün vaxtı var

19 Dekabr 2025 17:40 Qarabağ 1 763
İlkin Fikrətoğlu - Qurban Qurbanovun düz 40 gün vaxtı var

“Mübarizə və şans hələ bitməyib”.

Bu sözlər “Sportinfo TV“nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist “Qarabağ“ın Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Ayaks“a 2:4 hesabıyla uduzmasını faciəyə çevirməyin əleyhinə olduğunu bildirib.

O, fikrini bu cür əsaslandırıb:

“Yanvarın 21-də Respublika ıtadionunda bizim üçün bütün suallara aydınlıq gətirəcək oyun var. «Ayaks» kimi «Ayntraxt»ın da pley-off mərhələsinə çıxmaq şansı demək olar qalmayıb.

Amma daha belə detallara aldanmaq olmaz. Hazırda «Qarabağ» ümumi turnir cədvəlində 22-ci yerdədir.

«Qarabağ»la eyni sayda xal toplayan «Napoli» ilə «Kopenhagen» gələn tur bir-birinə qarşı oynayacaq.

«Qarabağ»ı xal sayında keçmək şansı olan 5 komanda isə «Bavariya». «Bayer Leverkuzen», «Celsi», «Atalanta» və «Yuventus» kimi rəqiblərlə üz-üzə gələcək.

Yəni, hələ heç nə itirilməyib. Qurban Qurbanov və oyunçularının «Ayntraxt»ı məğlub etməyin yolunu tapmaq üçün düz 40 gün vaxtı var».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA