Üç milyon bəsdir? - “Qarabağ”a bu məbləği təklif edəcəklər

19 Dekabr 2025 13:20 Qarabağ 5 851
Üç milyon bəsdir? - “Qarabağ”a bu məbləği təklif edəcəklər

“Botafoqo” “Qarabağ”ın legioneri Pedro Bikalyonun transferi üçün israrını davam etdirir.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, adıçəkilən komanda 24 yaşlı yarımmüdafiəçi üçün ikinci dəfə Azərbaycan çempionunun qapısını döyməyə hazırlaşır.

“Botafoqo” rəhbərliyi orta sahə oyunçusunu artıq birdəfəlik transfer etməyi planlaşdırır. Çünki klubun daha əvvəl icarəyə götürməklə bağlı istəyini ağdamlılar rədd etmişdilər.

“Sambaçılar” Pedronun transferinin 3 milyon avroya başa gələcəyinə ümid edirlər. Bu səbəbdən klub “Qarabağ”a bu məbləği təklif edəcək.

Pedro Bikalyonun “Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA