“Qarabağ”dan aldıqları hücumçunu nə vaxt SATACAQLAR?

01:10 Qarabağ 117
“Qarabağ”dan aldıqları hücumçunu nə vaxt SATACAQLAR?

“Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavionun Meksikanın “Pumas” klubuna transferi reallaşıb.

Sportinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo” ilə “Pumas” 29 yaşlı oyunçunun keçidində hərtərəfli razılığa gəliblər.

“Qarabağ” və “Bahia” kimi klubların da maraq dairəsində olan Juninyonun transferi “Flamenqo”ya 5 milyon avro qazandırıb. Hansı ki, braziliyalılar onu Azərbaycan çempionundan məhz bu məbləğə almışdı.

Lakin Juninyo Qətərdə təşkil olunacaq Qitələrarası Kubokda “Flamenqo”nun “23-lüy”ündə yer alacaq. Yalnız yarışdan sonra onun “Pumas”a keçid rəsmiləşəcək.

Qətərdə keçiriləcək 2025 FIFA Qitələrarası Kubokunun finalında Fransa nəhəngi PSJ ilə Braziliya təmsilçisi “Flamenqo” qarşılaşacaq. Pley-off mərhələsində Misir təmsilçisi “Pyramids”i 2:0 hesabı ilə məğlub edən “Flamenqo” finala yüksəlib.

Final görüşü dekabrın 17-də “Əl-Rayyan” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Juninyo 2023-cü ilin yayından bu ilin əvvəlinə kimi “Qarabağ”ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı