Dözmədi, danışdı: “Qarabağ"ın üstünə çox getməyin, elədiklərini unutmayın” - VİDEO

16 Dekabr 2025 23:40 Qarabağ 447
Dözmədi, danışdı: “Qarabağ"ın üstünə çox getməyin, elədiklərini unutmayın” - VİDEO

“Qarabağ” sanki “Ayaks”ı bir qədər ciddiyuə almadı. Yaxud yağış onların oyununu pozdu”.

Bu fikirlər türkiyəli futbol şərhçisi Ertem Şenerə aiddir.

O, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Ayaks“a 2:4 hesabıyla uduzmasını bir qəza olaraq qiymətləndirib.

Tanınmış ekran adamı bildirib ki, “köhlən atlar“ şansız bir gecə yaşayıb, amma onların indiyə qədər qazandığı müsbət nəticələri unutmaq olmaz.

Şenerin fikrincə, “Qarabağ“ növbəti tur “Ayntraxt“ı Bakıda məğlubiyyətə uğrada, bununla xal ehtiyatını 10-ə çatdıraraq, pley-off mərhələsinə vəsiqə ümidlərini artırmaq gücündədir.

Şərhçi Azərbaycan çempionunun İngiltərə səfərində “Liverpul“u büdrətmək ehtimalının olduğunu da söyləyib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti