"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış transfer pəncərəsindəki planları haqda danışıb.
Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis yeni oyunçuların gələcəyini bildirib:.
"Danışıqlarımız, axtarışlarımız davam edir. Çalışacağıq ki, təkcə hücum xəttinə yox, digər mövqelərə də transferlər edək.
Tələblərimiz böyüyüb, çoxdur. Bizim keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var".
UEFA-nın qaydalarına əsasən, "Qarabağ" yeni transferlərini Çempionlar Liqasının qalan 2 matçında - "Ayntraxt" və "Liverpul"la görüşlərdə oynada bilməyəcək.
Yalnız Ağdam təmsilçisinin pley-offa yüksələcəyi halda, həmin oyunçular meydanda ola biləcəklər.

