O da yalnız “Qarabağ”da...

08:20 Qarabağ 145
O da yalnız “Qarabağ”da...

Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib.

Sportinfo.az PFL-in saytna istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.

O, “Araz-Naxçivan”la qarşılaşmada (5:1) meydana sonradan daxil olub. Premyer Liqada 2018/19 mövsümündə debüt edən Zubir ölkəmizdə yalnız “Qarabağ” forması geyinib.

Abdullah bu görüşlərdə 52 qola imza atıb. O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 158-ci futbolçu olub.

Zubir “200”ə cari mövsümdə çatan 4-cü oyunçudur. Onadək Filip Ozobiç, Elvin Bədəlov və Elvin Yunuszadə bunu bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Dekabr 18:50 Çək və bizə göndər!
15 Dekabr 08:30 Zamiq oynadı, uddular