Qaçırmayın! "Qarabağ"la bağlı inanılmaz HADİSƏ!

19:00 Qarabağ 248
Qaçırmayın! "Qarabağ"la bağlı inanılmaz HADİSƏ!

"Qarabağ" avrokuboklarda məğlub olan kimi "yayda niyə transfer edilmədi" sualları havada uçur.

Xüsusilə də "yaxşı hücumçu" söhbətləri. Hələ-hələ "ÇL-ə getmisənsə, sənə forvard lazımdır, niyə almırsan" sualını verənləri demirəm.

Yox, bu gün elə onlardan deyəcəm.

Sizə səslənirəm ki, agay olun!

"Qarabağ" Çempionlar Liqasının ən məhsuldar kollektivləri arasındadır. Əksər oyunlarda bir yox, bir neçə dəfə rəqibləri mərkəzə dəvət edib.

Təsnifat mərhələsindəki bütün görüşlərdə fərqlənən Qurban Qurbanovun komandası əsas mərhələdə də sözünü deyir.

"Napoli xaric bütün görüşlərdə fərqlənən "kəhər atlar" rəqib qapılarından 10 top keçirib.

"Bayer Leverkuzen" və "Kopenhagen"in aktivində eyni sayda qol var.

Nə az, nə çox 17 komanda - "Napoli", "Ayaks", "Villareal", "Kayrat", "Slavia Praqa", "Bodo Qlimt", "Ayntraxt", "Brugge", "Olimpiakos", "Atletik", "Union", "Pafos", "Benfika", "Monako", "Qalatasaray", "Atalanta" Ağdam klubundan az fərqlənib.

"Mançester Siti", "İnter", "Yuventus" kimi nəhənglər 12 , "Liverpul" 11, "Barselona" 14, "Real Madrid" 13 dəfə fərqlənib.

Ən çox fərqlənən PSJ-nin aktivində 19, "Bayer"in 18, "Arsenal"ın isə 17 qol var.

Maraq üçün bildirim ki, ötən mövsüm heyətində Juninyo olan "Qarabağ" nüfuzu daha aşağı olan Avropa Liqasında 8 görüşdə cəmi 7 dəfə fərqlənə bilmişdi. 7 görüşdə məğlub olan kollektiv əsas mərhələni 1 qələbə ilə sonuncu - 36-cı sırada tamamlamışdır.

Bilirəm, "komandaya yaxşı hücumçu lazımdır" deyib dad edənlərin əksəriyyətinin bu faktlardan xəbəri yoxdur.

Havadan-sudan danışır. Təəssüf ki, bəzən peşəkar adamlar da həmin axında üzür.

Bunlardan xəbərdar olub, israra davam edənlərin isə yanaşması qərəzdən başqa bir şey deyil.

Xanoğlan İmanov/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti