COP29

"Düzünü desəm, o, bu klubdan ayrılanda fikirləşdim ki…"

28 Fevral 01:10 Qarabağ 297
"Düzünü desəm, o, bu klubdan ayrılanda fikirləşdim ki…"

Keçmiş sovet qapıçısı Anzor Kavazaşvili vaxtilə "Bayer"dən ayrılaraq "Qarabağ"a keçmək qərarı vermiş Andrey Lunyovun seçiminə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "championat.com"a danışan veteran qolkiper Ağdam klubunun qapıçısı barədə belə danışıb:

"Düzünü desəm, Lunyov "Bayer"dən ayrılanda fikirləşdim ki, digər qapıçılar ona təzyiq göstərirlər və o, futbolun çox inkişaf etmədiyi yerə getməyə qərar verdi.

Amma indi Andrey ən yaxşı kimi tanınır. O, göstərdi ki, sovet qapıçı məktəbi yoxa çıxmayıb".

83 yaşlı futbol adamı “Dinamo”(Tbilisi), “Zenit”, “Torpedo”(Moskva), “Spartak”(Moskva) klublarının və SSRİ millisnin qapısını qoruyub.

O, həm də Çad və Qvineya millilərində baş məşqçi kimi fəaliyyət göstərib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"