
“Əhval-ruhiyyəm yaxşıdır”.
Bunu Sportinfo.az-a açıqlamasında “Sabah”ınəsas komandasından kənarlaşdırılan qapıçı Nicat Mehbalıyev dilə gətirib.
Əslində Nicatı axtarmaqda məqsədimiz son başverənlərlə bağlı geniş müsahibə almaq idi. Lakin çərçivə qoruyucusu danışmaq istəmədiyini bildirdi.
Uzun çək-çevirdən sonra 24 yaşlı qapıçını ilk dəfə əvəzedici komandaya göndərilməsi barədə saytımıza qısa da olsa danışmağa razı sala bildik:
“Bu mövzuda çox danışmaq istəmirəm. Məşqlərimi davam etdirirəm. Yeni müqavilə imzalamaq istəməməyim oynamaq şansı əldə etməməyimlə bağlıdır. D
avamlı şans alacağım komandaya getmək istəyirəm. Niyə əvəzedici komandaya göndərilmişəm?
Dəqiqin özüm də bilmirəm. Milli komandadan kluba qayıdanda bildirdilər ki, bundan sonra əsas komandada yer almayacaqsan.
Mən də sumkamı yığıb əvəzedici komandaya getmişəm. Niyəsini rəhbərlikdən soruşarsınız.
Son mətbuat konfransında baş məşqçimiz Murad Musayev də bildirdi ki, bunu rəhbərlikdən soruşun”.
XANOĞLAN