"Kadi ilə oynayanda özümü daha yaxşı hiss edirdim” – “Qarabağ”da 16 assist edən

4 İyun 2023 09:50 Qarabağ 2 209
"Kadi ilə oynayanda özümü daha yaxşı hiss edirdim” – “Qarabağ”da 16 assist edən

“İnsan həyatdakı uğurları gördüyü işin həcminə görə qazanır.

Daha çox çalışırsansa, daha çox nailiyyət əldə etmək şansın olur”.

“Qarabağ”ın əsas heyət üzvlərindən birinə çevrilən Leandro Adrade Sportinfo.az-a açıqlamasında başa çatan mövsümdəki çıxışını dəyərləndirib.

Kabo Verde millisinin də şərəfini qoruyan 24 yaşlı yarımmüdafiəçi köhlən atlar“la ötən ilin yanvarında müqavilə bağlayıb, 15 oyunda 4 qol vurub, 6 assistlə yadda qalmışdı.

Cari mövsümdəki göstəriciləri isə əvvəlkindən də yaxşı oldu. Andrade bütün yarışlarda şans qazandığı 35 qarşılaşmada 8 qol və 16 məhsuldar ötürmə ilə fərqləndi.

Xüsusən çempionatın ikinci yarısındakı göstəriciləri əla idi. Sanki Kadi Borgesin qış fasiləsində komandanı tərk etməsi onun üçün düşərli oldu, daha çox şans qazanmağa başladı:

“Mövsümün əvvəli başlanğıc idi. Həm start yığırdıq, həm də zədələnməyim daha yaxşı performans göstərməyimə mane oldu. Aldığım xəsarətə görə 2 ay komandama kömək edə bilmədim.

Uğurlu qrafik cızmağımın Kadinin gedişi ilə əlaqəsi yoxdur. Əksinə, Kadi ilə oynayanda özümü daha yaxşı hiss edirdim. Çünki, bir-birimizi yaxşı başa düşürdük, oyun üslublarımız oxşar idi.

Məhsuldarlığımda çox çalışmağımın və “Qarabağ”a kömək etmək istəyimin aşırı olmasının rolu böyükdür. Bu, tam istədiyim deyil. Daha çox işləməliyəm”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var