
«Qarabağ» Ramil Şeydayevə yeni müqavilə təklif edib.
Azərbaycan çempionu hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaq hücumçu ilə 2+1 illik kontrakt imzalamaq niyyətindədir.
Premyer Liqada 15 qol vuran və komanda yoldaşı Musa Qurbanlı ilə birlikdə bombardirlər siyahısına başçılıq edən forvard razılıq verərsə, qazancı indiki ilə müqayisədə 15-20 faiz artacaq.
Millinin üzvü bu çağırışa nə «hə» deyib, nə də «yox». Avropadan bəzi təkliflər aldığını bildirən Şeydayev bir müddət sonra yekun qərarını açıqlayacağını rəsmilərin diqqətinə çatdırıb.
SPORTİNFO.AZ