"Qarabağ" adı dillərdə dolaşan futbolçusunun transfer qiymətini 5 milyon avroya qaldırdı

5 Oktyabr 2022 13:00 Qarabağ 8 272
"Qarabağ" adı dillərdə dolaşan futbolçusunun transfer qiymətini 5 milyon avroya qaldırdı

«Qarabağ» müqavilə müddətini 5 il uzatdığı Kadi Borgesin kontraktına yeni bəndə əlavə edib.

Buna əsasən, onun transfer qiyməti 2 milyon avro artırılıb.

Başqa sözlə, braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlı olan hansısa klub Azərbaycan çempionuna 5 milyon avro təzminat ödəməlidir. Yalnız bu halda «sambaçı» sərbəst keçid imkanı əldə edəcək.

Ötən mövsümdən ölkəmizdə legioner həyatı yaşayan cənubi amerikalı vinger Premyer Liqanın bombardiri və ən yaxşı futbolçusu seçilib.

O, avrokuboklarda sərgilədiyi oyunla Avropanın bir çox klublarının diqqət mərkəzinə düşüb. İndiyədək braziliyalıya gələn ən yüksək təklif İsraildən olub.

Yerli «Hapoel» (Been-Şayva) Kadini rənglərinə bapğlamaq məqsədilə 850 min avro ödəməyə hazır olduğunu açıqlayıb.

«Qarabağ» bunadək 3 bahalı satış həyata keçirib. Ağdam klubu 2010-cu ildə Vaqif Cavadovu 1 milyon avroya “Tvente”yə (Niderland) satmışdı.

2018-ci ildə isə Dino Ndlovunun Çinin “Çjetyan Qrintaun” klubuna satışından 600 min avro gəlir götürülüb. İbrahima Vadjinin bu ilin avqustunda “Sent-Etyen”ə keçidi isə onlara 1,6 milyon avro qazandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti