"Çox əziyyət çəkdik, şanslarımız bərabərdir, böyük inamla səfərə gedəcəyik"

18 Avqust 2022 00:40 Qarabağ 630
"Çox əziyyət çəkdik, şanslarımız bərabərdir, böyük inamla səfərə gedəcəyik"

"Ağır oyun oldu. Rəqib necə gözləyirdiksə, elə də çıxış etdi.

Çox yaxşı qol imkanlarımız var idi. Amma yararlana bilmədik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Viktoriya" (Plzen) ilə qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis müdafiədən oynayan kollektivə qarşı mübarizə apardıqlarını bildirib:

"Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Oyunçular çox əziyyət çəkdilər. Cavan görüşündə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Böyük inamla səfərə gedəcəyik".

Qurbanov futbolda aqressiyanın çoxaldığını söyləyib:

"Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər.

Hər birinə təşəkkür edirəm. Bir həftə sonra onları sevindirməyə çalışacağıq".

Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”