Çempionlar Liqasının Liqa və pley-off mərhələsinin yekununa əsasən, “Qarabağ”ın ən çox ötürmə edən oyunçuları müəyyənləşib.
Sportinfo.az-ın UEFA-nın statistik hesabatına istinadən yaydığı xəbərə görə, Azərbaycan çempionunun 4 oyunçusu ən çox ötürmə edən 100 futbolçu sırasına düşüb.
Bu göstəricidə “Qarabağ”da lider mərkəz müdafiəçisi Kevin Medinadır - 10 oyuna 499 ötürmə (35-ci yer).
Marko Yankoviç 456 ötürmə ilə 51-ci, Abdullah Zubir 420 ötürmə ilə 66-cı, Pedro Bikalyo 387 ötürmə ilə 87-ci yeri tutur.

