"L Equipe": "Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər

28 Yanvar 2022 02:00 Qarabağ 931
"L Equipe": "Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər

"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər.

Sportinfo.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

İddiaya görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır.

Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

"Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!