“Qarabağ”ın futbolçusunun qulağı səsdədir – Şad xəbər gözləyir

19 Yanvar 2022 20:40 Qarabağ 2 047
“Qarabağ”ın futbolçusunun qulağı səsdədir – Şad xəbər gözləyir

“Qarabağ”ın futbolçusu Afrika Millətlər Liqasında növbəti oyununa çıxıb.

Patrik Andradenin şərəfini qoruduğu Kabo Verde turnirin favoritlərindən hesab olunan Kamerun seçməsi ilə qarşılaşıb.

Gərgin keçən oyunda tərəflər hərəyə 1 qolla yadda qalıb. 39-cu dəqiqədə Vinsent Abubakar kamerunluları hesabda önə çıxarıbsa, 53-cü dəqiqədə Harri Rodriges status-kvonu bərpa edib.

Andrade meydana start heyətində çıxıb və sona hakimin final fitinə qədər mübarizə aparıb.

Bununla da Kabo Verde qrupda 4-cü xalını qazanıb. Patrikin komandası buna qədər Burkino Fasoya məğlub olub (0:1), Efiopiya üzərində qələbəyə sevinmişdi – 1:0.

Qrup mərhələsini 3-cü pillədə başa vuran Kabo Verde reytinq xallarına əsasən pley-off mərhələsində çıxış edə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti