Sevginin ağuşu böyük, məğlubiyyətin qucağı kiçik olur.
Ürək istər ki, hər ikisini sakit qarşılayasan və qəbul edəsən. İ
ndi durub deyək ki, Kevin Medina filan epizodda səhvə yol verdi, Dani Bolt behman epizodda xəta etdi, buna görə uduzudq - doğru olmaz.
«Qarabağ» dünən bir-iki nəfərin ucbatından belə böyükhesablı darmadağına uğramadı. Onlar həmin səhvləri etməsəydi belə, yenə başqaları edəcəkdi.
Hər şey Qurban Qurbanovun günlər öncəki anons-xəbərdarlığında dediyi kimidir.
Ağır qrafik və bərbad meydançalarda xeyli «qan» itirmiş «Qarabağ»ın vaxtı olmadığı ki, özünə gəlsin, güc toplasın və «Nyukasl»ın önünə sağlam çıxsın.
Bütün hallarda yenə «keçmiş olsun» söyləyək və «Qarabağ»a təşəkkür edək.
Bu mövsüm Azərbaycan xalqına böyük avrokubok şöləni yaşatdılar, yollarını Çempionlar Liqası kimi dünyanın ən prestijli klub turnirinin pley-off mərhələsinə qədər uzatmağı bacardılar.
Sözsüz, futbolumuzun hal-hazırkı durumunu nəzərə alsaq, ən böyük və ən inanılmaz uğur budur. Futbolu inkişafdan qalan kiçik ölkənin belə bir komandasının varlığıyla hamımız qürrələnməli, fəxr etməliyik.
«Qarabağ» ötən ilin iyulundan başlayan maraqlı macərası ilə bizi reallıqdan şirin röyalara, çox uzaqlara apardı.
Bunda əməyi, əziyyəti keçənlərin hər biri sağolsun! Tahir Gözəlindən, Əmrah Çəlikəlindən, Asif Əsgərovundan, Qurban Qurbanovundan, köməkçilərindən, futbolçularından tutun da, ta bazada çalışan İsmayıla kimi.
ELXAN

